Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistanda qadınlar hərbi xidmətə çağırıla bilər

Ermənistanda qadınlar hərbi xidmətə çağırıla bilər

DÜNYA

230

07.01.2023, 22:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistan Müdafiə Nazirliyi qadınların könüllü olaraq orduya hərbi xidmətə çağırılması imkanlarını nəzərdən keçirir.

Bu barədə "Armenpress" agentliyi Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyana istinadən məlumat yayıb.

"Yalnız onu təsdiq edə bilərəm ki, biz qadınlara könüllü olaraq hərbi xidmətə getmə imkanının verilməsi məsələsini müzakirə edirik"-deyə, o bildirib.

O, növbəti dəyişikliklərlə bağlı başqa məlumat verməyib. İndi Ermənistanda həqiqi hərbi xidmətə çağırış senzi 18-27 yaş, xidmət müddəti isə 24 aydır.