Qaynar xətt:

(+99450) 247 90 86

Maqomed Abdulayev faciəvi şəkildə öldü

Maqomed Abdulayev faciəvi şəkildə öldü

DÜNYA

591

06.01.2023, 09:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dağıstan hökumətinin keçmiş sədri Maqomed Abdulayevi avtomobil vuraraq öldürüb.

Oxu24.com  xəbər verir ki, bu barədə cümə günü, yanvarın 6-da respublikanın Daxili İşlər Nazirliyindən məlumat verilib.

Hadisə cümə axşamı axşam saatlarında Mahaçqalada baş verib. "VAZ-21214" markalı avtomobilin sürücüsü müəyyən olunmuş zonadan kənarda yolu keçən 61 yaşlı Abdulayevi vurub. O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Maqomed Abdulayev 20 fevral 2010-cu ildən 2013-cü il yanvarın 30-dək Dağıstan Respublikası Hökumətinin sədri vəzifəsində çalışıb.

 

Tərcümə: Miri Məcidli