Qaynar xətt:

(+99450) 247 90 86

Hindistan Ukraynanı "G-20"-yə buraxmır

Hindistan Ukraynanı \\\"G-20\\\"-yə buraxmır

DÜNYA

302

05.01.2023, 19:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna mühüm əhəmiyyət kəsb edən beynəlxalq  samitə dəvət almayıb.

Oxu24.com xarici  mətbuata   istinadən  xəbər  verir   ki,  bu  barədə  Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Bağçi brifinqdə bildirib.Onun sözlərinə  görə   G20-nin Yeni Dehlidə keçiriləcək payız sammitinə Ukrayna nümayəndələri dəvət edilməyib.

O bildirib ki, G20 və xüsusi dəvət olunmuş ölkələr artıq elan ediblər.

"Və Ukraynanın bu siyahıda olduğunu düşünmürəm. Əgər siyahıda  hər hansı dəyişiklik olarsa, mən mütləq qayıdıb sizinlə paylaşacağam", - diplomat əlavə edib.

Hindistan 2022-ci il dekabrın 1-dən 2023-cü il noyabrın 30-dək G20-yə sədrlik edir. Bu müddət ərzində ölkədə təşkilatın 200-ə yaxın tədbiri keçiriləcək.Mühüm tədbir  sentyabrın 9-da və 10-da G20-nin Yeni Dehli dövlət və hökumət başçılarının sammiti keçiriləcək.

 

Tərcümə: Miri Məcidli