Qaynar xətt:

(+99450) 247 90 86

İranda daha bir gəncə ölüm hökmü çıxarıldı - FOTO

İranda daha bir gəncə ölüm hökmü çıxarıldı - FOTO

DÜNYA

268

05.01.2023, 18:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İranda daha bir gənc üçün ölüm hökmü oxunub.

OXU24.COM xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

Novşəhrdə keçirilən ümummilli etirazlar zamanı həbs edilən 18 yaşlı Arşiya Təkdestan İnqilab Məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilib.

 

Ona qarşı "korrupsiya" və "müharibə" ittihamları irəli sürülüb.

Qeyd edək ki, İranda 22 yaşlı Məhsa Əminin qətlə yetirilməsindən sonra başlanan ümummilli etiraz aksiyaları zamanı saxlanılan bəzi etirazçılara ölüm hökmü çıxarılıb.