Qaynar xətt:

(+99450) 247 90 86

İran hakimiyyəti daha bir şəxsin ölümünə fərman verdi

İran hakimiyyəti daha bir şəxsin ölümünə fərman verdi

DÜNYA

304

05.01.2023, 18:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İran molla rejimi ölüm hökmü verməkdə davam edir.

Oxu24.com  xəbər verir  ki,  bu  barədə  İSNA  agentliyi  vilayətin Ədliyyə Nazirliyinin Baş İdarəsinə istinadən məlumat yayıb.

Məlumata görə,  Mazandaran əyalətinin məhkəməsi İranda etiraz aksiyalarının liderlərindən biri olan Ərşiə Təkdəstanı ölüm hökmünə məhkum edib.

“...Bu şəxs şəhərin baş meydanında toplaşan kütləyə rəhbərlik etmək və iğtişaşlar zamanı cinayət əməlləri törətmək məsuliyyətini öz üzərinə götürüb.Məhkəmə iclasları keçirdikdən və müttəhimin özünün və vəkilinin müdafiəsi üçün ifadələr dinləndikdən sonra məhkəmə Ərşiyyə Təkdastan barəsində hökm çıxarıb”, –  deyə İran Ədliyyə Nazirliyi rəsmi  açıqlamada  bildirib.

Bundan əvvəl İran məhkəmələri ölkənin müxtəlif mərkəzlərində ən azı 6 nəfəri edam cəzasına məhkum etmişdi.

 

Tərcümə: Miri Məcidli