Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Ukraynaya yeni yardım edəcək - RƏSMİ

ABŞ Ukraynaya yeni yardım edəcək - RƏSMİ

DÜNYA

333

04.01.2023, 22:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ yaxın həftələrdə Ukraynaya yeni hərbi yardım paketini, o cümlədən HIMARS sistemlərini ötürmək niyyətindədir.

Oxu24.com xarici mətbuata istinadən xəbər  verir  ki,  bu  barədə   Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

ABŞ administrasiyasının rəsmisi bildirib ki, Ukraynada son həftələrdə döyüşlər çox gərgin keçib və onun tezliklə bitib-bitməyəcəyi sual altına düşüb.

"Buna görə də biz Ukraynaya təhlükəsizlik yardımı göstərməyə davam edirik. Yaxın günlərdə və həftələrdə bunu yenidən necə edəcəyimizi görəcəksiniz", - Kirbi əlavə edib.

 

Öz növbəsində Peskov qeyd edib ki, Ukraynaya Qərb ölkələrindən silahların vurulması Rusiya ilə Ukrayna arasında danışıqların uğuruna kömək etməyəcək, həm də mənfi təsir göstərəcək.

 

Tərcümə: Miri Məcidli