Qaynar xətt:

(+99450) 247 90 86

Makron tankları Ukraynaya verəcəyinə söz verdi

Makron tankları Ukraynaya verəcəyinə söz verdi

DÜNYA

289

04.01.2023, 21:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fransa prezidenti Emmanuel Makron Ukrayna rəhbəri Vladimir Zelenskiyə Kiyevə  AMX-10 RC yüngül təkərli tankları verəcəyinə  söz verib.

Oxu24.com xəbər  verir  ki,  bu barədə Reuters məlumat yayıb.

 

Texniki cəhətdən AMX-10 RC ağır zirehli maşınlardır, lakin bəzən yüngül təkərli maşınlar kimi təsnif edilirlər. Onlar əsasən kəşfiyyat üçün nəzərdə tutulub, lakin düşmənin zirehli texnikası ilə mübarizə aparmağa qadirdirlər.

1976-1994-cü illərdə cəmi 457 avtomobil  istehsal edilmişdir. İndiyədək AMX-10 RC səkkiz ölkəyə verilib.

Ukrayna hakimiyyəti və şəxsən Vladimir Zelenski dəfələrlə Qərb ölkələrindən Alman Leopard 2 və American Abrams da daxil olmaqla tankları onlara təhvil vermələrini xahiş edib, lakin onlara həmişə rədd cavabı verilib.

Bununla belə, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba yanvarın 4-də bildirib ki, Zelenski və hökuməti müttəfiqlərdən tank istəməyə davam etmək niyyətindədir.

 

Tərcümə: Miri Məcidli