Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya üçün dəhşətli xəbər! ABŞ həmin silahı Ukraynaya verdi

Rusiya üçün dəhşətli xəbər! ABŞ həmin silahı Ukraynaya verdi

DÜNYA

550

04.01.2023, 20:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Patriot" zenit-raket komplekslərinin (SAM) Kiyevə təhvil verilməsi üçün hazırlıqlara artıq başlanılıb.

 

Oxu24.com Ukrayna  mətbuatına istinadən  xəbər  verir   ki,  bunu  Ukraynanın xarici işlər naziri Dmitri Kuleba mətbuat konfransında bildirib.

 

“Keçən ili Ukrayna və ABŞ liderləri Vladimir Zelenski və Cozef Baydenin razılaşdırdığı kimi, Ukraynanı Amerika Patriot sistemləri ilə təmin etmək üçün inqilabi qərarla başa vurduq. Biz ABŞ-ın bu addımını çox yüksək qiymətləndiririk. Patriotun mümkün qədər tez yerləşdirilməsini gözləyirik. Artıq bu sistemlərin ötürülməsi üçün hazırlıqlara başlanılıb”, - deyə Kuleba vurğulayıb.

O qeyd edib ki, bu gün Ukrayna prezidenti Vladimir Zelenski və bütün diplomatik komanda Qərb silahlarının yeni növlərinin tədarükü üçün yeni həllər üzərində intensiv işləyir: “Söhbət ilk növbədə Qərb tipli tankların və digər zirehli texnikanın tədarükündən gedir. ”, deyə açıqlamada qeyd  edilib.

 

Tərcümə: Miri Məcidli