Qaynar xətt:

(+99450) 247 90 86

Dünya şokda! Putin ən böyük silah dolu döyüş gəmisini bu ölkənin sahilinə göndərdi

Dünya şokda! Putin ən böyük silah dolu döyüş gəmisini bu ölkənin sahilinə göndərdi

DÜNYA

688

04.01.2023, 18:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Putin ABŞ sahillərinə hipersəs raketləri göndərir.

Rusiya Hərbi Dəniz Qüvvələrinin ən müasir gəmilərindən biri - "Admiral Qorşkov" freqatı uzun səfərə çıxıb.


Oxu24.com Rusiya  mətbuatına  istinadən  xəbər  verir   ki,gəminin istismara verilməsi mərasimi çərşənbə günü Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi altında videokonfrans vasitəsilə keçirilib.

Gəminin komandiri İqor Kroxmal bildirib ki, freqat səfərdən əvvəl tam təlim dövrünü başa vurub. “Gəmi “Zirkon” və “Kalibr” raketləri üçün döyüş sursatı, hava hücumundan müdafiə vasitələri, torpedo silahları və artilleriya ilə doludur. Gəminin ekipajı döyüş tapşırıqlarını yerinə yetirməyə hazırdır”, - deyə Kroxmal bildirib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, “Admiral Qorşkov” freqatı Atlantik və Hind okeanlarına, eləcə də Aralıq dənizinə uzunmüddətli səfərə çıxacaq. Onun sözlərinə görə, gəmi “dənizdə və quruda düşmənə” dəqiq və güclü zərbələr endirməyə qadirdir. O qeyd edib ki, “Zirkon” raketləri Mach 9-a qədər sürətə çata bilir və istənilən hava hücumundan müdafiə-raketdən müdafiə sistemini üstələyir.

"Hərbi kampaniyanın əsas səyləri Rusiyanın təhdidlərinə qarşı durmağa, dost ölkələrlə birgə regional sülh və sabitliyin qorunmasına yönəldiləcək", - Şoyqu bildirib.

“Təlimlər və təlimlərdən sonra ekipaj müxtəlif şəraitdə hipersəs silahları və uzaqmənzilli qanadlı raketlərdən istifadəni məşq edəcək”, - deyə nazir bildirib.

 

Tərcümə: Miri Məcidli