Qaynar xətt:

(+99450) 247 90 86

NATO-nun keçmiş baş katibi Tayvana səfər edib

NATO-nun keçmiş baş katibi Tayvana səfər edib

DÜNYA

350

04.01.2023, 14:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şimali Atlantika Alyansının keçmiş baş katibi Andres Foq Rasmussen Tayvana rəsmi səfərə gedib.

Oxu24.com xarici mətbuata istinadən xəbər  verir  ki, Rasmussen səfəri zamanı  Tayvanın rəhbəri Tsay İnq-ven ilə görüşüb.

Keçmiş NATO baş katibinin daha bir neçə görüş üçün yanvarın 5-dək Taybeydə qalacağı gözlənilir.

“Mən Tayvanda sizin gələcəyinizlə bağlı  qərar vermək hüququnuza güclü dəstəyimi göstərmək üçün buradayam. Mən sizin azadlıq və sülh içində yaşamaq hüququnuzu dəstəkləmək üçün buradayam”, - deyə  Rasmussen bildirib.

Qeyd edək ki,Çinin Tayvanla son günlər  münasibətləri gərginləşib. Bu səbəbdən də NATO Tayvana dəstək nümayiş etdirir.

 

Tərcümə: Nigar