Qaynar xətt:

(+99450) 247 90 86

İran Fransa vətəndaşlarını həbs etdi: Casusluqda ittiham olunurlar

İran Fransa vətəndaşlarını həbs etdi: Casusluqda ittiham olunurlar

DÜNYA

390

03.01.2023, 20:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İranda iki Fransa vətəndaşı casusluq və ölkənin milli təhlükəsizliyinə qarşı sui-qəsddə ittiham olunaraq həbs olunub.

Oxu24.com İran mətbuatına istinadən xəbər  verir   ki, bu barədə  Tehranda Ədliyyə Nazirliyinin sözçüsü  bilirib.

 

İşə inqilab məhkəməsi baxacaq. Deutsche Welle xəbər verir ki, təqsirləndirilən şəxslərin kimliyi açıqlanmayıb.

Fransanın xarici işlər naziri Ketrin Kolonna noyabr ayında İranda genişmiqyaslı etirazlar fonunda iki Fransa vətəndaşının bu ölkədə saxlanıldığını təsdiqləyib.

İranda saxlanılan xarici vətəndaşlar mütəmadi olaraq casusluqda ittiham olunurlar. Eyni zamanda tənqidçilər İran hakimiyyətini xarici vətəndaşlardan siyasi girov kimi istifadə etməkdə ittiham edirlər.

 

Tərcümə: Miri Məcidli