Qaynar xətt:

(+99450) 247 90 86

Almaniya Rusiyanın aktivlərini Ukraynaya verə bilər

Almaniya Rusiyanın aktivlərini Ukraynaya verə bilər

DÜNYA

230

03.01.2023, 19:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 Aİ müttəfiqləri də eyni şeyi edərsə, Almaniya hökuməti dondurulmuş Rusiya aktivlərini Ukraynaya köçürə bilər.

 

Oxu24.com  xəbər  verir  ki,  bu  barədə  Bloomberg  yazır.

 

Agentliyin məlumatına görə, Almaniyanın xarici işlər naziri Annalena Berbok seçim kimi ən azı qismən müsadirəni görür.

“Almaniya kansleri Olaf Şolz hökuməti Ukraynanın müharibəyə görə təzminat tələbini dəstəkləyir, lakin Rusiyadan aktivlərin müsadirəsi ilə bağlı hələ rəsmi mövqe açıqlamayıb”, - deyə  materialda deyilir.

Rusiyanın Ukraynaya təcavüzündən sonra Aİ ölkələri Rusiyanın 19 milyard avroluq biznes aktivlərini və Rusiya Federasiyası Mərkəzi Bankının 23 milyard avroluq aktivlərini dondurub. Ümumilikdə, anti-Rusiya sanksiyaları nəticəsində dünyada Rusiya Federasiyasının qızıl-valyuta ehtiyatlarının təxminən 300 milyard dolları dondurulub.

 

Tərcümə: Nigar