Qaynar xətt:

(+99450) 247 90 86

İsrailli nazirin bu hərəkəti skandal yaratdı: Netanyahu  səfərini ləğv etdi

İsrailli nazirin bu hərəkəti skandal yaratdı: Netanyahu  səfərini ləğv etdi

DÜNYA

447

03.01.2023, 18:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrailin baş naziri Benyamin Netanyahu  BƏƏ-yə səfərini ləğv edib.

Oxu24.com  xəbər  verir  ki,  bu barədə İTV-nin 12-ci kanalı məlumat yayıb.

Sayt yazır  ki, yəhudi dövlətinin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvirin Məbəd dağına səfərinə cavab olaraq ərəb paytaxtlarını bürümüş qəzəb dalğasından sonra  belə addım atılıb.

 

Benyamin Netanyahu ilk xarici səfəri zamanı BƏƏ vəliəhdi və hökmdarı Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşmək üçün gələn həftə Əbu-Dabiyə getməli idi.


İsrail baş nazirinin səfəri iki ölkə hökumətlərinə daha hərtərəfli hazırlamaq və daha uğurlu etmək üçün vaxt vermək məqsədilə təxirə saldığı rəsmən açıqlanıb. Səfərin təxirə salınması təşəbbüsünün Ben Qvirin Məbəd dağındakı kampaniyası ilə əlaqədar Abu Dabidən gəlib-gəlmədiyi məlum deyil.

BƏƏ Xarici İşlər Nazirliyi İsrail nazirinin bu demarşı pisləyib və "Əl-Əqsanın tam təhlükəsizliyinin təmin edilməsi və bu yerdə təxribat xarakterli pozuntuların dayandırılmasının zəruriliyini" vurğulayıb.

Səudiyyə Ərəbistanı israilli nazirin Məbəd dağındakı kampaniyasını pisləyib, Ben Qvirin hərəkətlərini "təxribat" adlandırıb. İsrail hökumətinin nümayəndəsinin Məbəd dağındakı hərəkətləri ABŞ tərəfindən də pislənib. ABŞ-ın Qüdsdəki səfiri Tom Neides, "Biz İsrail hökumətinə müqəddəs yerlərdə status-kvonu pozan hərəkətləri qəbul etmədiyimizi açıqladıq" deyib.

Ərəb qonşuları olan İsrail, İordaniya və Misir də eyni qəzəbi ifadə etdilər. Əmmanda xarici işlər naziri Ben-Qvirin Məbəd dağına qalxmasını “Əqsaya hücum” adlandırıb: “İordaniya Əl-Əqsaya hücumu və onun müqəddəsliyinin pozulmasını ən kəskin şəkildə pisləyir”,deyə rəsmi açıqlamada qeyd  edilib.

 

Tərcümə: Miri Məcidli