Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna rəsmən təsdiqlədi:Rusiya bu qədər itki verdi

Ukrayna rəsmən təsdiqlədi:Rusiya bu qədər itki verdi

DÜNYA

272

03.01.2023, 10:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı  yanvarın 3-də səhər hesabatında Xerson vilayətinin Fedorovka kəndində rur hərbçilərinin dyaq məntəqəsinin  atəşə tutulduğunu təsdiqləyib.

Oxu24.com Ukrayna mətbuatına istinadən  xəbər  verir  ki,məlumatda deyilir ki, “2023-cü il yanvarın 1-də Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Xerson vilayətinin Fedorovka qəsəbəsi ərazisində rus işğalçılarının şəxsi heyətinə atəş açıb, düşmən itkilərinin sayı dəqiqləşdirilir”.

Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı şənbə günü, dekabrın 31-də Ukrayna hərbçilərinin Xerson vilayətinin Çulakovka kəndi yaxınlığında endirdiyi zərbə nəticəsində rusların itkilərini təsdiqləyib.

"Düşmən itki verməkdə davam edir. Dekabrın 31-də Ukrayna müdafiə qüvvələrinin bölmələri tərəfindən Xerson vilayətinin Çulakovka yaşayış məntəqəsi ərazisində düşmənin canlı qüvvəsi və hərbi texnikası tərəfindən atəşə məruz qalması təsdiqlənib. Ölü və yaralılarla birlikdə rusların itkisi 500 nəfərə yaxın olub”, -  deyə  Ukrayna Baş Qərargahı səhər hesabatında qeyd edilib.

 

Tərcümə: Miri Məcidli