Qaynar xətt:

(+99450) 247 90 86

Bayram gecəsi dəhşət: 28 kişinin meyiti tapıldı

Bayram gecəsi dəhşət: 28 kişinin meyiti tapıldı

DÜNYA

337

03.01.2023, 10:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Burkina-Fasonun şimal-qərbindəki Nuna şəhərində açılan atəş nəticəsində həlak olan 28 kişinin meyiti tapılıb.

Oxu24.com  “Reuters” xəbər verir ki, bu barədə yerli prokurorluq məlumat verib.

Meyitlər dekabrın 30 və 31-də tapılıb. Prokurorluqdan verilən məlumata görə, qətllə bağlı istintaq başlayıb. Baş verənlərin təfərrüatları açıqlanmayıb.

Agentliyin məlumatına görə, bazar ertəsi Burkina-Faso Vətəndaş Cəmiyyəti Təşkilatı kişilərin qətliamında hökumət tərəfindən maliyyələşdirilən Vətənin Müdafiəsi Könüllülərinin üzvlərini günahlandırıb.