Tramp Vaşinqtonun husilərlə əlaqədə olduğunu bildirib
11 Oktyabr 2026, 08:28
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
476
03.01.2023, 00:06
Rusiyadan diqqətçəkən açıqlama gəlib. Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsində və Ukraynanın şərqindəki Donbas bölgəsindəki münaqişədə əsas rol oynayan rus komandir İqor Girkin uğursuzluğun səbəbini açıqlayıb.
Musavat.com Newsweek-ə istinadən xəbər verir ki, Girkin Ukraynanın uğurunun əsas səbəbi kimi rus hərbi rəhbərlərinin məsuliyyətsizliyini göstərib.
“Təəssüf ki, bəzi yerlərdə onların bizim hərbi obyektlərə hücumu Rusiya Federasiyası Silahlı Qüvvələrinin qoşunlarının komandanlığının hədsiz israfçılığı, lazımsız şeylərə pul ayırması səbəbindən uğurlu alınıb”, - rusiyalı komandir Telegram-da yazıb.
Rusiyanın Ukraynanın infrastrukturunu hədəfə aldığını vurğulayan Girkin bu taktikanın Kiyevi sülhə məcbur edə bilməyəcəyini deyib.
Girkin bundan əvvəl bəyan etmişdi ki, müharibədəki vəziyyət Rusiya Federasiyasının siyasi rejiminin və hətta dövlətinin dağılmasına gətirib çıxara bilər.
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiyanın Ukraynaya hücumlarında azalma əlamətləri yoxdur, ona görə də Qərb ölkələri uzunmüddətli perspektivdə Kiyevə dəstəyini davam etdirməyə hazır olmalıdır.
BBC-yə danışan Stoltenberq bəyan edib ki, Ukraynanın müstəqilliyini qoruyub saxlamağın və Rusiyanı danışıqlar masasına oturtmağın yolu bundan keçir.
Rusiyadakı qismən səfərbərliyin Moskvanın müharibəni bitirmək niyyətində olmadığını göstərdiyini vurğulayan Stoltenberq həmin əsgərlərə təlimlər keçirildiyini bildirib: “Bu onların həm müharibəni davam etdirmək istəyini, həm də yeni hücuma başlamaq niyyətini göstərir”.
Stoltenberq gələcəkdə Ukraynanın danışıqlar masası arxasında güclü olması üçün Qərbin dəstəyinin vacibliyinə diqqət çəkib:
“Biz təcili olaraq Ukraynaya dəstək verməliyik. Bura hərbi dəstək də daxildir. Çünki bu, Rusiyanı danışıqlar masasına əyləşmək məcburiyyətində hiss etdirəcək. Biz bilirik ki, Ukraynanın danışıqlar masası arxasında nəyə nail olması tamamilə cəbhədəki vəziyyətdən asılıdır”.
08:56 / 11 Oktyabr 2026
9
08:51 / 11 Oktyabr 2026
33
08:28 / 11 Oktyabr 2026
40
08:27 / 11 Oktyabr 2026
93
08:24 / 11 Oktyabr 2026
145
08:15 / 11 Oktyabr 2026
78
07:37 / 11 Oktyabr 2026
62
06:55 / 11 Oktyabr 2026
122
01:41 / 11 Oktyabr 2026
3352
01:28 / 11 Oktyabr 2026
8300
01:15 / 11 Oktyabr 2026
205
01:11 / 11 Oktyabr 2026
514
00:59 / 11 Oktyabr 2026
1683
00:56 / 11 Oktyabr 2026
300
00:39 / 11 Oktyabr 2026
419
00:21 / 11 Oktyabr 2026
621
00:19 / 11 Oktyabr 2026
203
00:17 / 11 Oktyabr 2026
104
00:11 / 11 Oktyabr 2026
1269
00:06 / 11 Oktyabr 2026
1010
23:34 / 10 Oktyabr 2026
826
23:24 / 10 Oktyabr 2026
114
23:24 / 10 Oktyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.