Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
11 Oktyabr 2026, 11:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
450
01.01.2023, 19:10
İranın hərbi elitası ölkədə bir neçə aydır davam edən etirazların yatırılması məsələsi ilə bağlı parçalanıb.
Bu barədə "OXU24.COM "a istinadən xəbər verir.
Qeyd edilir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) liderlərinin son şərhləri etirazlarla bağlı rejim daxilində və xüsusən də SEPAH daxilində davam edən fikir ayrılıqlarını əks etdirir.
Briqada generalı Həmid Abazari bəzi hərbi liderlərin dəyərlərə, ali liderə və rejimə qarşı çıxdıqlarını deyib və onların iğtişaşlarla necə mübarizə aparacaqlarını müzakirə etdiklərini güman edir.
Abazari həmçinin rəsmiləri etirazları açıq şəkildə pisləmədiklərinə görə tənqid edib. Keçmiş BƏSİC rəisi, briqada generalı, indi elit əks-etiraz bölmələrinin təşkili və təliminə cavabdeh olan Qulam Hüseyn Qeyb Parvar Abazarinin tənqidlərini dəstəkləyib.
İran mediası Abazarini SEPAH komandiri, general-mayor Hüseyn Səlaminin müşaviri adlandırıb. Dekabrın 31-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələr şöbəsi Abazarinin sözlərini rədd edən və onun Salaminin müşaviri olduğunu təkzib edən bəyanat yayıb.
Açıqlamada Abazarinin şəxsi fikrini ifadə etdiyi, lakin etibarlı məlumatlardan istifadə etmədiyi bildirilib.
Abazarinin açıqlamaları onu göstərir ki, SEPAH daxilində yüksək rütbəli zabitlər arasında parçalanmalar mövcuddur. Abazari qeyd edib ki, adını çəkdiyi komandirlər 1980-ci illərdə İran-İraq müharibəsində iştirak ediblər və hazırda generaldırlar. Bu nəslin komandirləri hazırda 50-60 yaşlarındadır və silahlı qüvvələrin yuxarı eşelonlarında xidmət etməyə meyllidirlər.
11:30 / 11 Oktyabr 2026
108
11:24 / 11 Oktyabr 2026
52
11:21 / 11 Oktyabr 2026
61
11:13 / 11 Oktyabr 2026
196
11:07 / 11 Oktyabr 2026
52
10:48 / 11 Oktyabr 2026
453
10:43 / 11 Oktyabr 2026
70
10:29 / 11 Oktyabr 2026
77
10:20 / 11 Oktyabr 2026
86
10:02 / 11 Oktyabr 2026
296
09:41 / 11 Oktyabr 2026
176
09:36 / 11 Oktyabr 2026
67
09:25 / 11 Oktyabr 2026
107
09:10 / 11 Oktyabr 2026
2660
09:10 / 11 Oktyabr 2026
145
08:56 / 11 Oktyabr 2026
800
08:51 / 11 Oktyabr 2026
106
08:28 / 11 Oktyabr 2026
73
08:27 / 11 Oktyabr 2026
178
08:24 / 11 Oktyabr 2026
270
08:15 / 11 Oktyabr 2026
138
07:37 / 11 Oktyabr 2026
78
06:55 / 11 Oktyabr 2026
147
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.