Qaynar xətt:

(+99450) 247 90 86

Rostov AES-də yanğın: ölən var

Rostov AES-də yanğın: ölən var

DÜNYA

388

01.01.2023, 10:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dekabrın 31-də Rostov AES-də enerji blokunun blok transformatoru yanıb.

 

Oxu24.com Rusiya mətbuatına istinadən  xəbər verir ki, bir nəfər ölüb, bir nəfər yaralanıb.

 

“2022-ci il dekabrın 31-də saat 18:30-da Rostov AES-də 3 saylı enerji blokunun blok transformatoru yanıb.  Yanğın yerində bir  zavod işçisi ölü digəri isə yaralı tapılıb", deyə Rosenergoatom saytı açıqlama yayıb.

Açıqlamaya görə, AES-də və ərazidə radiasiya fonu normaldır.

 

Rostov AES-i Rostov vilayətinin Volqodonsk şəhərindən 16 kilometr aralıda, Tsimlyansk su anbarının sahilində yerləşir. Dörd işləyən enerji blokunun elektrik gücü 4,071 GVt təşkil edir.

 

Tərcümə: Miri Məcidli