Qaynar xətt:

(+99450) 247 90 86

Türk general açıqladı: Türkiyə bu raketi hazırladı

Türk general açıqladı: Türkiyə bu raketi hazırladı

DÜNYA

464

29.12.2022, 21:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə 3000 km mənzilli öz ballistik raketini yaradıb.

Oxu24.com  xəbər  verir  ki,  bunu  Türkiyə Hərbi Hava Qüvvələrinin istefada olan generalı Ərdoğan Karakuş bildirib.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Türkiyənin ilk ballistik raketinin (Tayfun) uçuş məsafəsinin artırılmasının vacibliyini bəyan etdi. Türkiyə müdafiə sənayesi 3000 km mənzilli ballistik raket yaradıb və uğurla sınaqdan keçirib”.

Hələlik istefada olan türk generalın sözlərini təsdiq edən və ya təkzib edən heç bir rəsmi açıqlama verilməyib.

Mütəxəssislər Karakuşun Ərdoğanın bu yaxınlarda xatırlatdığı, lakin təfərrüatlarını açıqlamadığı CENK raketini nəzərdə tutduğunu istisna etmirlər.

 

Tərcümə: Miri Məcidli