Tramp Putini təriflədi: Çox böyük iş görür
11 Oktyabr 2026, 14:34
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
300
29.12.2022, 21:05
ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiyaya pilotsuz təyyarələrin çatdırılması və Ukraynada mülki infrastruktura hücumlar üçün istifadə edilən İran tədarük zəncirinin qarşısını almaq üçün kampaniyaya başlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə “The New York Times” qəzetinə kəşfiyyat, silahlı qüvvələr və milli təhlükəsizlik nümayəndələri məlumat verib.
ABŞ-ın məqsədi İranı pilotsuz təyyarələr istehsal etmək qabiliyyətindən məhrum etmək, Rusiya ordusunun kamikadze pilotsuz təyyarələr buraxmasını çətinləşdirmək və bunu bacarmasa, ukraynalıları səmadan yeri vurmaq üçün lazım olan müdafiə vasitələri ilə təmin etməkdir.
İran rəsmiləri Ukraynaya hücumdan əvvəl Rusiyaya “məhdud sayda” dron təhvil verdiyini etiraf ediblər,
ABŞ əsgərləri Ukrayna hərbçilərinə pilotsuz təyyarələrin buraxılış üçün hazırlandığı yerləri tapmağa kömək edir. Bundan əlavə, amerikalılar Ukraynanın onları vurmaq şansını artırmaq üçün bir qrup dronun yaxınlaşması barədə erkən xəbərdarlıq etmək üçün nəzərdə tutulmuş yeni texnologiyalar tətbiq edir.
Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Watson, ABŞ-ın "sanksiyalar, ixrac nəzarəti və hissələri istehsalda istifadə edilən özəl şirkətlərlə danışıqlar yolu ilə İranın pilotsuz təyyarə istehsalı ilə mübarizə yollarını araşdırdığını" söyləyib.
"Biz İranın pilotsuz təyyarə texnologiyasına çıxışını məhdudlaşdırmaq üçün ixrac nəzarəti baxımından ata biləcəyimiz əlavə addımları qiymətləndiririk" deyə Watson bildirib.
Rusiya soyuq hava ərəfəsində Ukraynanın enerji infrastrukturuna hücum etmək üçün İran istehsalı olan kamikadze dronlardan istifadə edir.
Noyabrda ABŞ Rusiyanın Ukraynaya qarşı hücumlarda istifadə etdiyi İran pilotsuz təyyarələrinin istehsalı və ya ötürülməsində iştirakda ittiham olunan şirkət və şəxslərə qarşı sanksiyalar tətbiq edib.
Ukrayna prezidentinin köməkçisi Mykhailo Podolyak bu həftənin əvvəlində deyib ki, İran-Rusiya pilotsuz uçan aparat ticarəti “beynəlxalq sanksiyalar institutunu açıq-aşkar alçaldır” və İranın pilotsuz təyyarələr istehsal edən müəssisələrinin “ləğv edilməsinə” çağırıb.
Tərcümə:Miri Məcidli
16:46 / 11 Oktyabr 2026
21
16:25 / 11 Oktyabr 2026
47
15:55 / 11 Oktyabr 2026
68
15:22 / 11 Oktyabr 2026
66
15:03 / 11 Oktyabr 2026
140
14:50 / 11 Oktyabr 2026
166
14:41 / 11 Oktyabr 2026
97
14:35 / 11 Oktyabr 2026
227
14:34 / 11 Oktyabr 2026
94
14:25 / 11 Oktyabr 2026
807
14:19 / 11 Oktyabr 2026
131
14:15 / 11 Oktyabr 2026
120
14:10 / 11 Oktyabr 2026
167
14:06 / 11 Oktyabr 2026
79
13:51 / 11 Oktyabr 2026
1719
13:40 / 11 Oktyabr 2026
242
13:16 / 11 Oktyabr 2026
133
13:13 / 11 Oktyabr 2026
1388
12:56 / 11 Oktyabr 2026
950
12:44 / 11 Oktyabr 2026
173
12:32 / 11 Oktyabr 2026
1162
12:29 / 11 Oktyabr 2026
121
12:25 / 11 Oktyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.