Qaynar xətt:

(+99450) 247 90 86

Oteldə yanğın:10 nəfər öldü

Oteldə yanğın:10 nəfər öldü

DÜNYA

309

29.12.2022, 10:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kambocanın Tailandla sərhəddə yerləşən Poypet şəhərində “Grand Diamond City Hotel and Casino” hotelində baş verən yanğında azı 10 nəfər ölüb.

Oxu24.com  xəbər verir ki, bu barədə cümə axşamı Kambocanın "Fresh News" portalı polisə istinadən məlumat yayıb.

Bundan əlavə, qeyd edilir ki, hadisə zamanı daha 30 nəfər xəsarət alıb. Yerli KİV-in məlumatına görə, onlar yanıq xəsarətləri alıb, yanmış məhsulların tüstüsündən zəhərlənib və ya yuxarı mərtəbələrin pəncərələrindən tullanaraq xəsarət alıblar.

Kamboca televiziyasının yayımladığı kadrlarda binanın demək olar, tamamilə yandığı görünür.

Yanğının yanacaq çəninin partlaması nəticəsində baş verdiyi ehtimal edilir.