Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
11 Oktyabr 2026, 17:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
316
29.12.2022, 09:26
“Müharibə başlayandan Ukraynanın 1 800-dən çox şəhər və kəndini işğalçılardan azad edə bildik”.
Oxu24.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenski Ukraynaya dəstək verən ölkələrə təşəkkür edib və ölkə ordusunun bu silahlar sayəsində uğurlu əks-hücum əməliyyatları həyata keçirdiyini bildirib.
Onun sözlərinə görə, müharibənin başladığı 24 fevraldan bu günə kimi Rusiya tərəfi ilə əsir mübadiləsi nəticəsində Ukraynanın 1 456 hərbçisi əsirlikdən azad edilib: “Biz ərazi bütövlüyümüzü bərpa etməli olduğumuz kimi, sosial müdafiəni də bərpa etməliyik”.
Ukraynanın da silah istehsal etmək imkanlarına sahib olduğunu, bəzi silahlar istehsal etdiyini və yenicə istehsal etməyə başladığını bildirən Zelenski “Ukraynanın silah markalarının bütün dünyanın diqqətini çəkəcəyi gələcəyə əmin ola bilərsiniz" deyib.
Zelenski vurğulayıb ki, Ukrayna xalqı çoxdan arzuladığı qələbəyə doğru irəliləməkdə davam edir.
Dövlət başçısı Avropa İttifaqı (Aİ) ölkələrinin bu gün Rusiyaya qarşı Ukraynaya silah dəstəyi verdiyini önə çəkib: “Tarixdə ilk dəfə olaraq Avropa İttifaqı bu cür genişmiqyaslı hücumlara qarşı müdafiə yardımı edir”.
Aİ-nin bu il ölkəsinə “namizəd ölkə” statusu verdiyini xatırladan Zelenski, “Ukrayna artıq bu statusa layiqdir” deyib. Ölkəsinin Aİ-yə üzv olması lazım olduğunu vurğulayan Zelenski, “Ukraynanın AB-yə üzvlüyü ilə bağlı danışıqlara başlamağın vaxtıdır”, - vurğulayıb.
18:13 / 11 Oktyabr 2026
1
18:08 / 11 Oktyabr 2026
38
17:57 / 11 Oktyabr 2026
39
17:52 / 11 Oktyabr 2026
82
17:40 / 11 Oktyabr 2026
49
17:28 / 11 Oktyabr 2026
52
17:24 / 11 Oktyabr 2026
80
17:10 / 11 Oktyabr 2026
82
16:55 / 11 Oktyabr 2026
124
16:46 / 11 Oktyabr 2026
70
16:25 / 11 Oktyabr 2026
65
15:55 / 11 Oktyabr 2026
87
15:22 / 11 Oktyabr 2026
81
15:03 / 11 Oktyabr 2026
323
14:50 / 11 Oktyabr 2026
201
14:41 / 11 Oktyabr 2026
106
14:35 / 11 Oktyabr 2026
358
14:34 / 11 Oktyabr 2026
105
14:25 / 11 Oktyabr 2026
1011
14:19 / 11 Oktyabr 2026
141
14:15 / 11 Oktyabr 2026
132
14:10 / 11 Oktyabr 2026
209
14:06 / 11 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.