Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını blokada ilə hədələyir

Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını blokada ilə hədələyir

DÜNYA

317

28.12.2022, 17:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistan Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının blokadasını təşkil edə bilər.

OXU24.COM  APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın "Milli Demokratik Qütb" siyasi hərəkatının üzvü Vahe Qasparyan bildirib.

Vahe Qasparyan bunu Laçın yolundakı vəziyyətlə əlaqələndirib.

Laçın yolunun guya bağlı olduğunu iddia edən Qasparyanın sözlərinə görə, əgər yaranmış vəziyyət aradan qalxmazsa, Ermənistan Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının blokadasını təşkil edə bilər.

"Biz xalqımıza müraciət edərək Gümrüdəki hərbi bazanın blokadaya alınmasına çağırış edəcəyik. Bu məqsədlə MDQ Ermənistanda bir sıra siyasi dairələrlə müzakirələr aparacaq, hansılar ki, vəziyyəti bizim kimi qiymətləndirərək Qarabağın ruslar tərəfindən blokadaya alınması fikrindədir", - "Qafqaz Bürosu" Telegram kanalı Qasparyandan sitat gətirib.