Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna 3 istiqamətdən hücuma hazırlaşır

Ukrayna 3 istiqamətdən hücuma hazırlaşır

DÜNYA

347

28.12.2022, 11:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna ordusu  separatçılara və işğalçılara qarşı yeni əməliyyata hazırlaşır.

Oxu24.com Ukrayna mətbuatına istinadən xəbər  verir  ki, "LPR" separatçılarının nümayəndələri bildiriblər ki, Ukrayna Silahlı Qüvvələri LPR-nin Kremennaya şəhərinə birdən-birə üç istiqamətdən - şimal-qərb, qərb və cənub-qərbdən hücum edə bilər.

“Ukrayna komandanlığı Kremennayanın coğrafi mövqeyinə görə bu istiqaməti hücum üçün prioritet hesab edir. Hazırda eyni vaxtda üç istiqamətdən hücum hərəkətləri mümkündür: qəsəbənin şimal-qərbi, qərbi və cənub-qərbi”, - deyə  mənbə  bildirib.

Hazırkı əlverişsiz hava şəraiti Ukrayna qoşunlarının maddi-texniki təminatına təsir göstərmir, çünki Kremennaya ətrafındakı torpaq “əsasən qumludur” və şəhərin yaxınlığındakı iynəyarpaqlı meşə Ukrayna ordusunun canlı qüvvəsini və texnikasını kamuflyaj etməyə kömək edə bilər.

Tərcümə: Nigar