Qardaş ölkə qarışdı: vəziyyət nəzarətdən çıxdı – Əraziyə qoşun yeridilir
11 Oktyabr 2026, 22:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1130
27.12.2022, 21:44
Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, eləcə də formalaşmaqda olan Rusiya-Belarus birlik dövlətinə qoşulmağa məcbur edir.
OXU24.COM axar.az-a istinadən bildirir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən İctimai Televiziyanın efirində deyib.
Onun sözlərinə görə, 13 sentyabr hadisələri, eləcə də Laçın dəhlizinin bağlanması Rusiyanın Ermənistana təzyiqi çərçivəsində baş verib.
Qriqoryanın fikrincə, Ermənistan-Rusiya münasibətlərində son zamanlar açıq şəkildə ifadə olunan böhranın səbəbi məhz budur:
"Bu, Ermənistan ərazisindən keçən dəhliz məntiqli yolun əldə edilməsi baxımından Azərbaycana dəstək kontekstidir. Ermənistan buna müqavimət göstərməkdə davam edir. Yeri gəlmişkən, açıq şəkildə deyə bilərəm ki, 13 sentyabr hadisəsinin eskalasiyası da bununla bağlıdır və əsasən bütün böhranın əsası və ya motivi budur", - Qriqoryan bildirib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi ilk dəfə olaraq bəzi hökumətyönlü erməni deputatların Rusiyanın Ermənistanı İttifaq Dövlətinə qoşulmağa məcbur etməsi ilə bağlı bəyanatlarını da təsdiqləyib:
"Ermənistan strateji müttəfiqinin bu istəyinə müqavimət göstərir və hərbi təzyiq şəklində cavab alır. Konstitusiyaya görə Ermənistan suveren dövlətdir və belə də qalacaq. Suverenliyin qorunması hazırkı Ermənistan hökumətinin missiyasıdır. İttifaq Dövlətinə gəlincə, təbii ki, Ermənistana təzyiqlər də buradan gəlir. Erməni demokratiyası və demokratik sistemi nə vaxt buna müqavimət göstərsə, ona hərbi güc formasında başqa cür təzyiqlər edilir".
23:02 / 11 Oktyabr 2026
1
22:49 / 11 Oktyabr 2026
43
22:46 / 11 Oktyabr 2026
48
22:28 / 11 Oktyabr 2026
325
22:25 / 11 Oktyabr 2026
84
22:22 / 11 Oktyabr 2026
79
22:19 / 11 Oktyabr 2026
79
21:59 / 11 Oktyabr 2026
86
21:51 / 11 Oktyabr 2026
706
21:42 / 11 Oktyabr 2026
153
21:32 / 11 Oktyabr 2026
75
21:29 / 11 Oktyabr 2026
117
21:20 / 11 Oktyabr 2026
414
21:17 / 11 Oktyabr 2026
266
21:16 / 11 Oktyabr 2026
81
20:56 / 11 Oktyabr 2026
81
20:36 / 11 Oktyabr 2026
1291
20:26 / 11 Oktyabr 2026
115
20:15 / 11 Oktyabr 2026
586
20:09 / 11 Oktyabr 2026
859
20:03 / 11 Oktyabr 2026
112
19:47 / 11 Oktyabr 2026
256
19:29 / 11 Oktyabr 2026
295
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.