Qaynar xətt:

(+99450) 247 90 86

Putinin fərmanından sonra  neft kəskin bahalaşdı

Putinin fərmanından sonra  neft kəskin bahalaşdı

DÜNYA

608

27.12.2022, 21:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı vaxtı ilə saat 20:31-ə olan məlumata görə Londonun ICE Futures birjasında Brent markalı neftin  qiyməti  1,86% artaraq bir barelə görə 85,48 dollar təşkil edib.

Nyu-York əmtəə birjasında WTI markalı neftin fevral fyuçerslərinin qiyməti 1,78% artaraq 1 barelə görə 80,978 dollar təşkil edib.

Oxu24.com xəbər  verir   ki,Rusiya mətbuatı qeyd edir ki, neft qiymətləri Rusiya prezidenti Vladimir Putinin neftin qiymətinin tavanına cavab tədbirləri haqqında fərman imzalaması xəbərindən sonra yüksəlməyə başlayıb.

Dərc edilmiş fərmandan belə çıxır ki, müqavilələrdə “birbaşa və ya dolayısı ilə marjinal qiymətin müəyyən edilməsi mexanizmindən istifadə nəzərdə tutulursa” Rusiya neftinin və neft məhsullarının xarici vətəndaşlara və şirkətlərə tədarükü qadağandır.

Neftin tədarükünə qadağa fərman qüvvəyə mindiyi andan, yəni 2023-cü il fevralın 1-dən 2023-cü il iyulun 1-dək, neft məhsullarının tədarükü üçün - Rusiya hökuməti tərəfindən müəyyən edilən tarixdən qüvvədədir.

 

Tərcümə: Nigar