Qaynar xətt:

(+99450) 247 90 86

Çin Ukraynadakı  müharibənin  bitmə tarixini proqnozlaşdırıb

Çin Ukraynadakı  müharibənin  bitmə tarixini proqnozlaşdırıb

DÜNYA

437

27.12.2022, 18:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Çin mətbuatı Rusiya  ilə bağlı bir sıra faktları açıqlayıb.

Oxu24.com xəbər  verir  ki,Çinin “Global Times” qəzeti analitiklərə istinadən yazır ki, Rusiyanın bütün sahələrdə Qərblə uzunmüddətli qarşıdurma üçün “kifayət qədər gücü” var.

 


Materialda deyilir ki, 2023-cü ildə Rusiya münaqişəyə son qoymaq üçün “qətiyyətli addımlar” ata bilər.

Rusiya 2023-cü ildə münaqişəyə son qoymaq üçün qəti addımlar ata bilər, çünki Kremlin 2024-cü il prezident seçkiləri üçün nisbətən sabit və müsbət mühit yaratması lazımdır.

Eyni zamanda, çinli analitiklər qeyd edirlər ki, gələn il münaqişənin daha da kəskinləşməsini gözləmək olar.

Nəşr bildirir ki, Vaşinqton münaqişəni öz tərəfində dayandırmağa cəhd edərsə, bu, “iki dünya gücü arasında qarşıdurmaya səbəb ola bilər”.

Tərcümə: Miri Məcidli