Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan şad xəbəri açıqladı: Türkiyə təbii qaz yatağı kəşf etdi

Ərdoğan şad xəbəri açıqladı: Türkiyə təbii qaz yatağı kəşf etdi

DÜNYA

362

26.12.2022, 15:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində daha bir təbii qaz yatağının kəşf olunduğunu açıqlayıb.

Oxu24.com-un  xəbərinə görə, bu barədə Türkiyə dövlət başçısı hökumətin 2022-ci ilin son iclasından sonra çıxışında deyib.

Onun sözlərinə görə, Qara dənizdə "Fatih" qazma gəmisi "Caycuma-1" sahəsində 3 023 kilometr dərinlikdə 58 milyard kubmetr təbii qaz ehtiyatını kəşf edib.

Türkiyə Prezidenti ümumilikdə bu rəqəmin 710 milyard kubmetr təşkil etdiyini və 1 trilyon dollar dəyərində olduğunu vurğulayıb. O, 2023-cü ildə Aralıq dənizində daha iki kəşfiyyat-axtarış işləri aparılacağını elan edib.

 

Tərcümə:Nigar