Qaynar xətt:

(+99450) 247 90 86

"Ronaldunu xərclədilər" - Ərdoğan

\\\"Ronaldunu xərclədilər\\\" - Ərdoğan

DÜNYA

596

26.12.2022, 10:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun siyasi sanksiyalara məruz qaldığını bildirib.

OXU24.COM"qafqazinfo"ya istinadən xəbər verir ki, Ərdoğan jurnalistlərin dünya çempionatı ilə bağlı sualını cavablandırıb.

"Ronaldu Fələstin məsələsinin qayğısına qalan biridir. Təəssüf ki, Ronalduya qarşı siyasi sanksiyalar tətbiq etdilər. Ronaldu ilə Messini müqayisə etmək bizə yaraşmaz, amma Ronaldunu xərclədilər. Ronaldu kimi futbolçunu ikinci hissəyə qoymaq heç düzgün deyil. Baş verənlər Ronaldunun psixologiyasını və bütün enerjisini əlindən aldı. Mənə çatan məlumata görə, Ronaldu indi Səudiyyə Ərəbistanına gedir",-deyə Ərdoğan əlavə edib.