Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna İranın silah mərkəzlərini vurmağı təklif edir

Ukrayna İranın silah mərkəzlərini vurmağı təklif edir

DÜNYA

305

25.12.2022, 12:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna  İrana qarşı güc tətbiq etməyi təklif edib.

 

Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak İrana qarşı “işləməyən sanksiyalardan” imtina etməyə, əvəzində İranın silah istehsalını məhv etməyə və onların təchizatçılarını həbs etməyə çağırıb.

 

Oxu24.com  xəbər  verir   ki,Podolyak bu barədə  Tvitterdə yazıb.

 

Onun sözlərinə görə, terrorçu Rusiya dövlətinə silah tədarükünün həcmini artırmağı planlaşdıran İran “beynəlxalq sanksiyalar institutunu açıq-aşkar alçaldır”.

 

Kiyev Tehranı Rusiyaya   Şahed-136 pilotsuz təyyarəsi ilə təmin etməkdə ittiham edir.

İran bu ittihamları rədd edir.

 

Tərcümə: Miri Məcidli