Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Xersonu atəşə tutub, 5 nəfər ölüb, 20 nəfər yaralanıb

Rusiya Xersonu atəşə tutub, 5 nəfər ölüb, 20 nəfər yaralanıb

DÜNYA

227

24.12.2022, 15:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Silahlı Qüvvələri Xersonun mərkəzini atəşə tutub. Nəticədə 5 nəfər ölüb, 20 nəfər yaralanıb.

Oxu24.com  Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezident aparatı rəhbərinin müavini Kirilla Timoşenko bildirib.

“Düşmən Xerson vilayətinin ərazisini 74 dəfə atəşə tutub. Onlar artilleriyadan, reaktiv yaylım atəşi silahlarından, minaatanlardan və tanklardan atəş açıblar. Xersonun yaşayış məntəqələrinə amansızcasına hücum ediblər – düz 36 atəşə tutulma halı qeydə alınıb. Mərmilər mühüm infrastruktur obyektlərinə, uşaq bağçasına, məktəbə, xəstəxanaya, mağazalara, fabrikə, özəl və çoxmənzilli evlərə düşüb”, - o bildirib.