Qaynar xətt:

(+99450) 247 90 86

Messi yeni müqavilə ilə bağlı PSJ rəhbərliyinə söz verib

Messi yeni müqavilə ilə bağlı PSJ rəhbərliyinə söz verib

DÜNYA

607

21.12.2022, 23:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol



Argentina millisinin kapitanı Lionel Messi Fransanın PSJ komandası ilə müqaviləsini yeniləyəcək.

OXU24.COM  Bakupost.az-a  istinadən məlumatına görə, 35 yaşlı futbolçu bununla bağlı Paris təmsilçisinə söz verib.

Təcrübəli hücumçu klubla sözləşməsinin müddətini ən azı 2024-cü ilin yayınadək uzadağını bildirib.

İddiaya görə, PSJ rəhbərliyi ilə futbolçunun agentləri arasında 3 aydır gedən danışıqlar artıq yekunlaşıb. Tam anlaşma dekabrın əvvəlində əldə olunub.

Qeyd edək ki, Lionel Messi PSJ-yə 2021-ci ilin avqustunda İspaniya "Barselona"sından keçib. Onun Liqa 1 təmsilçisi ilə cari mövsümün sonunadək müqaviləsi var.

Ulduz futbolçu Argentina millisinin heyətində Qətərdəki dünya çempionatının qalibi olub.