Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyanın nəhəng qaz borusu partladı: Ölənlər var

Rusiyanın nəhəng qaz borusu partladı: Ölənlər var

DÜNYA

272

20.12.2022, 18:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın nəhəng qaz kəmərində partlayış baş verib.

Çuvaşiyada Urenqoy-Pomarı-Ujqorod magistral qaz kəmərinin bir hissəsində partlayış baş verib,

Oxu24.com xəbər  verir  ki,Rusiya mətbuatı region rəhbərinin mətbuat xidmətinin yaydığı  məlumata görə, partlayış  zamanı  3 nəfərin ölüb, 1 nəfər yaralanıb.

Partlayışın ilkin səbəbi qaz sızması olduğu bildirilir.

Urenqoy - Pomary - Ujqorod - Qərbi Sibir yataqlarından təbii qazı Mərkəzi və Qərbi Avropa ölkələrinin istehlakçılarına çatdırmaq üçün 1983-cü ildə SSRİ tərəfindən tikilmiş ixrac magistral qaz kəməridir. Urenqoy neft və qaz-kondensat yatağı dünyada ən böyük yataqlardan biridir.

 

Tərcümə:Nigar