Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Rusiya və Çin arasında strategiya mübadiləsindən narahatdır

ABŞ Rusiya və Çin arasında strategiya mübadiləsindən narahatdır

DÜNYA

271

20.12.2022, 13:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Rusiya və Çinin NATO birliyini pozmağa yönəlmiş hərəkətlərindən çox  narahatdır.

 

Oxu24.com  xəbər  verir  ki,  bu barədə çərşənbə axşamı ABŞ-ın alyansdakı daimi nümayəndəsi Culian Smit bildirib. Bu haqda   Financial Times yazıb.

 

“Onlar (Rusiya və Çin) getdikcə daha çox NATO-nun narahat olması lazım olan ümumi alət dəstindən istifadə edirlər”, - Smit bildirib.

 

Amerikalı diplomat hesab edir ki, Moskva və Pekin “hibrid taktika mübadiləsi aparır” və enerji təchizatı üçün risklər və kibertəhlükəsizlik problemləri kimi amillərə işarə edir.

 

“Şübhə yoxdur ki, onlar transatlantik alyansdakı tərəfdaşları parçalamağa çalışırlar. Biz bu cəhdləri yaxşı bilirik və onlarla mübarizə aparmaq niyyətindəyik”.

 

Tərcümə: Miri Məcidli