Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79108
az

Məşhur prodüser daha bir zorlamada təqsirli bilinib

10:3220 Dekabr, 2022
87
DÜNYA
  • A
Los-Anceles məhkəməsində andlı iclasçılar amerikalı film prodüseri Harvi Vaynşteyni zorlama və digər iki seksual xarakterli cinayətdə təqsirli bilib. “Report” “The Variety”yə istinadən xəbər verir ki, H. Vaynşteynin ikinci məhkəmə prosesində o, oxşar ittihamlardan birində bəraət qazanıb və daha üçündə isə on gün müşavirə keçirən andlı iclasçılar yekdil qərara gələ bilməyiblər. “Dekabrın 19-da Harvi Vaynşteyn zorlama və seksual qısnamanın daxil olduğu üç ittiham üzrə mühakimə olunub”, - məlumatda qeyd olunub. “Associated Press”in məlumatına görə, zorlama ilə yanaşı, H. Vaynşteyn “oral əlaqəyə məcbur etmək” və işdə “Ceyn Dou” (gerçək adı göstərilmir) kimi tanınan bir qadına qarşı seksual xarakterli cinayət törətməkdə təqsirli bilinib. Qeyd edək ki, noyabr ayında Los-Anceles məhkəməsi H. Vaynşteynə qarşı dörd ittihamı geri götürüb. Nyu-Yorkda baş tutan ilk prosesdə məşhur kinoprodüser zorlama və oral seksə məcburetməyə görə 23 il həbs cəzası alıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ HƏMAS lideri Haniyənin ləğvinin nəticələrindən narahatdır
Google Rusiyada 5 milyon rubl cərimələnib
Alaudinov: Ukrayna danışıqlara getməyə məcburdur

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib