Doğurdanmı siyasətdə əxlaq YOXDUR?! - Qulu Məhərrəmli
12 Oktyabr 2026, 19:19
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
568
17.12.2022, 18:24
Daha bir ölkə hərbi büdcəsini rekord səviyyədə artırırb.
ABŞ-ın ardınca Rusiyanın daha bir rəqibi silaha milyardlar xərcləyir.
Oxu24.com xəbər verir ki,“Amerikanın Səsi” yazır ki, Yaponiya İkinci Dünya Müharibəsindən bəri ən böyük 320 milyard dollarlıq hərbi quruculuq planını açıqlayıb.
Bu plana Çini vura bilən raketlərin alınması və ölkəni uzun sürən hərbi münaqişəyə hazırlamaq daxildir.
Beşillik planın həyata keçirilməsi hesablamalara görə, Yaponiyanı hərbi xərclərə görə ABŞ və Çindən sonra üçüncü yerə çıxaracaq.
Baş nazir Fumio Kişida deyib ki, Yaponiya xalqı "tarixdə dönüş nöqtəsindədir" və hərbi güclənmə onun "qarşılaşdığımız müxtəlif təhlükəsizlik çağırışlarına" cavabıdır.
Kişida hökuməti ehtiyat edir ki, Rusiya Çini Tayvana hücuma sövq edəcək və bu yaxınlıqdakı Yapon adalarını təhdid edə, yarımkeçirici təchizatını poza və Yaxın Şərqdən neft gətirən gəmiçilik marşrutlarında ciddi problemlər yarada bilər.
Yaponiya səlahiyyətliləri həmçinin avadanlıq və sursat ehtiyatı yığacaqlarını, nəqliyyat imkanlarını genişləndirəcəklərini və kiberməkanda müharibə potensialını inkişaf etdirəcəklərini bildiriblər.
Strategiya sənədində deyilir: “Rusiyanın Ukraynaya müdaxiləsi güc tətbiqini qadağan edən qanunların ciddi şəkildə pozulmasıdır və beynəlxalq nizamın əsaslarını sarsıdıb”.
Yaponiyanın baş naziri Kişidanın planı beş il ərzində müdafiə xərclərinin ÜDM-in 2%-nə qədər artırılmasını nəzərdə tutur ki, bu da 1976-cı ildən bəri mövcud olan 1%-lik özünüməhdudiyyətin ləğvi deməkdir.
Tərcümə: Miri Məcidli
19:59 / 12 Oktyabr 2026
81
19:56 / 12 Oktyabr 2026
59
19:50 / 12 Oktyabr 2026
87
19:44 / 12 Oktyabr 2026
50
19:33 / 12 Oktyabr 2026
76
19:28 / 12 Oktyabr 2026
142
19:19 / 12 Oktyabr 2026
67
19:18 / 12 Oktyabr 2026
80
19:05 / 12 Oktyabr 2026
289
18:45 / 12 Oktyabr 2026
82
18:41 / 12 Oktyabr 2026
2945
18:35 / 12 Oktyabr 2026
160
18:15 / 12 Oktyabr 2026
165
18:12 / 12 Oktyabr 2026
213
17:54 / 12 Oktyabr 2026
137
17:49 / 12 Oktyabr 2026
983
17:47 / 12 Oktyabr 2026
306
17:45 / 12 Oktyabr 2026
152
17:39 / 12 Oktyabr 2026
1223
17:33 / 12 Oktyabr 2026
93
17:33 / 12 Oktyabr 2026
88
17:26 / 12 Oktyabr 2026
80
17:24 / 12 Oktyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.