Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyanın şok planı var: Fevral ayında görən nə olacaq

Rusiyanın şok planı var: Fevral ayında görən nə olacaq

DÜNYA

595

15.12.2022, 22:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya fevral ayında Ukraynaya qarşı müharibənin bir hissəsi kimi yeni hücum dalğasına başlaya bilər.

Bu  səfərbər edilmiş əsgərlərin hazırlanması ilə bağlıdır.

Oxu24.com xəbər  verir  ki,bu barədə Ukraynanın müdafiə naziri Aleksiy Reznikov “The Guardian”a müsahibəsində bildirib.

Reznikovun sözlərinə görə, “qismən səfərbərlik” adlandırılan tədbirlər çərçivəsində Rusiya 300 minə yaxın insanı orduya çağıra bilib.

Bunlardan Moskva artıq 150.000-ni bölmələrini gücləndirmək üçün istifadə edir, daha 150.000-i gələcək hücumlara  hazırlaşır.

"Səfərbər olunmuşların ikinci hissəsi, təxminən 150 min nəfər müxtəlif düşərgələrdə təlim kurslarına başlayıb. Onlar ən azı üç aydır ki, hazırlaşıblar.

Bu o deməkdir ki, onlar böyük ehtimalla fevral ayında növbəti hücum dalğasına başlamağa çalışacaqlar”, - ukraynalı nazir bildirib.

 

Tərcümə:  Aynurə Məcidova