Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna ordusu rus qüvvələrinə ağır zərbə endirib: Xeyli ölü var

Ukrayna ordusu rus qüvvələrinə ağır zərbə endirib: Xeyli ölü var

DÜNYA

354

14.12.2022, 08:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna ordusu Rusiya qüvvələrinə ağır zərbə endirib.

 

Oxu24.com xəbər  verir   ki, Zaporojye vilayətinin Rusiya tərəfindən işğal olunmuş hissəsində ukraynalı hərbçilər Rusiya Federasiyasının 58-ci ordusunun rəhbərliyini məhv ediblər.

 

Bu barədə  Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.

 

"Ötən gün Ukrayna Müdafiə Qüvvələrinin Zaporojye vilayətində düşmənin məğlubiyyəti təsdiqlənib. 58-ci ordunun rəhbərliyinin Melitopol şəhərində məhv edilməsi ilə yanaşı, Enerqodar, Tokmak qəsəbələri ərazilərində  üç artilleriya qurğusu, 10-a qədər müxtəlif təyinatlı hərbi texnika məhv edilib və düşmənin 150-yə yaxın hərbçisi yaralanıb”, - Ukrayna Baş Qərargahı bildirib.

O da bildirilir ki, dekabrın 11-də Luqansk vilayətinin Kadievka qəsəbəsi yaxınlığında Rusiya hərbçilərinin yerləşdirmə məntəqəsinə endirilmiş dəqiq zərbə nəticəsində 60-a qədər hərbçi məhv edilib, 100-ə qədər hərbçi yaralanıb.

 

Tərcümə: Miri Məcidli