Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyan İlham Əliyevin ideyasını dəstəkləyib

Paşinyan İlham Əliyevin ideyasını dəstəkləyib

DÜNYA

282

12.12.2022, 12:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistanın baş naziri Nikol Paşinyan düşmənçilik ritorikasının kökünü kəsmək üçün Ermənistan, Gürcüstan və Azərbaycan arasında Cənubi Qafqazdakı vəziyyətin müzakirəsi ideyasını dəstəklədiyini bəyan edib.

 

Oxu24.com xəbər  verir   ki,  bu  barədə  Ermənistan mediası yazır.

 

Oktyabrda Azərbaycan prezidenti İlham Əliyev Tbilisiyə səfəri zamanı Bakı-İrəvan-Tbilisi formatında siyasi məsləhətləşmələrə başlamağa hazır olduğunu bildirmişdi.

“Bu gün bizim də Azərbaycan, Ermənistan və Gürcüstan arasında məsləhətləşmələr aparmaq imkanımız var. Əgər Ermənistan hazır olsa, biz bu gün bu formata başlamağa hazır olacağıq”, - deyə Əliyev Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

 

Tərcümə: Miri Məcidli