İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
13 Oktyabr 2026, 14:24
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
446
11.12.2022, 08:47
ABŞ Rusiya və İranın “tam müdafiə ortaqlığına” doğru irəlilədiyini iddia edir. Belə bir tərəfdaşlıq müharibənin miqyasını genişləndirə bilər...
ABŞ iddia edir ki, Rusiya və İran Ukraynaya qarşı müharibədə Moskvaya kömək məqsədilə tamhüquqlu müdafiə tərəfdaşlığı qurublar.
Musavat.com BBC-ə istinadən xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar direktoru Con Kirbi Rusiyanın öz ordusunu pilotsuz təyyarələr və raketlərlə təmin etmək üçün yenidən İranla əlaqə saxladığını bildirib.
6394537f4e3fe019c4ad8b7a.jpg (49 KB)
"Rusiya Tehrana görünməmiş hərbi-texniki dəstək vəd edir, İranla münasibətlərini tamhüquqlu müdafiə tərəfdaşlığına çevirir. Hesab edirəm ki, bu tərəfdaşlığın təkcə Ukrayna üçün deyil, həm də İranın bölgədəki qonşuları üçün təhlükə yaratdığını açıq şəkildə bildirmək vacibdir" - Kirbi deyib.
Ağ Ev rəsmisi qeyd edib ki, Rusiya İranla silahların inkişafı və ticarəti kimi sahələrdə əməkdaşlıq etmək istəyir:
"Bu əməkdaşlığın bir hissəsi olaraq biz Rusiyanın İrana qabaqcıl hərbi texnikalar vermək niyyətindən narahatıq".
Rusiyaya yeni silahların satışı ilə bağlı narahatlıqlar İranın yayda Rusiyaya yüzlərlə PUA satmasından sonra yaranıb.
Qeyd edək ki, Bayden administrasiyası bu yaxınlarda Ukrayna müharibəsində istifadə edilmək üçün Rusiyaya PUA-ların təhvil verilməsində iştirak edən İran firmalarına qarşı sanksiyalar tətbiq edib.
16:22 / 13 Oktyabr 2026
20
16:16 / 13 Oktyabr 2026
27
16:09 / 13 Oktyabr 2026
55
16:06 / 13 Oktyabr 2026
381
16:06 / 13 Oktyabr 2026
64
15:59 / 13 Oktyabr 2026
74
15:50 / 13 Oktyabr 2026
153
15:50 / 13 Oktyabr 2026
94
15:47 / 13 Oktyabr 2026
97
15:46 / 13 Oktyabr 2026
76
15:25 / 13 Oktyabr 2026
168
15:22 / 13 Oktyabr 2026
84
15:15 / 13 Oktyabr 2026
6199
15:12 / 13 Oktyabr 2026
82
15:10 / 13 Oktyabr 2026
613
14:53 / 13 Oktyabr 2026
116
14:51 / 13 Oktyabr 2026
1082
14:45 / 13 Oktyabr 2026
1203
14:43 / 13 Oktyabr 2026
257
14:24 / 13 Oktyabr 2026
82
14:14 / 13 Oktyabr 2026
378
14:09 / 13 Oktyabr 2026
91
14:00 / 13 Oktyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.