Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya üçün şok! ABŞ Ukraynaya bunları verdi

Rusiya üçün şok! ABŞ Ukraynaya bunları verdi

DÜNYA

388

09.12.2022, 23:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Müdafiə Nazirliyi Ukraynaya 275 milyon dollarlıq yeni hərbi yardım paketinin təfərrüatlarını açıqlayıb.

Oxu24.com xəbər  verir  ki,Pentaqonun məlumatına görə, paketə aşağıdakılar daxildir:

yüksək mobil artilleriya raket sistemləri (HIMARS) üçün əlavə sursat;

80 min 155 mm-lik artilleriya mərmisi;

pilotsuz uçuş sistemləri ilə mübarizə üçün avadanlıq;

hava hücumundan müdafiə vasitələri;

yüksək mobil çoxməqsədli təkərli nəqliyyat vasitələri (HMMWV), təcili yardım maşınları və tibbi avadanlıqlar; təxminən 150 generator; sahə avadanlığı.

“Bu təhlükəsizlik yardımı paketi Ukraynanın döyüş meydanında müdafiə üçün səmərəli istifadə etdiyi kritik avadanlığa əlavə olaraq, hava hücumundan müdafiəni gücləndirmək üçün Ukraynaya yeni imkanlar verəcək”, - deyə  Pentaqon  rəsmi açıqlamada bildirib.

Bayden  administrasiyası dövründə ABŞ Ukraynaya 20 milyard dollar təhlükəsizlik yardımı göstərib ki, bu da fevralın 24-də Rusiyanın tammiqyaslı işğalının başlamasından bəri 19,3 milyard dollardan çoxdur.

Tərcümə: Miri Məcidli