Vitali Kliçko vəzifəsindən qovula bilər - Kiyevdə siyasi qalmaqal böyüyür
13 Oktyabr 2026, 22:18
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
436
09.12.2022, 14:15
Neft ixracının 60%-ni təşkil edən Rusiyanın Urals neftinin qiyməti bir barel üçün 43,72 dollara düşüb.
“Argus” qiymət agentliyinin məlumatına görə, çərşənbə günü, dekabrın 7-də Primorsk limanından daşınan rus neftinin qiyməti bir barel üçün 43,72 dollar olub.
Oxu24.com bu barədə “The Moscow Times” nəşrinə istinadən yazır.
Nəşr qeyd edir ki, noyabrın əvvəlindən Urals-ın qiyməti demək olar ki, iki dəfə azalıb
Bloomberg-dən sitat gətirən Argus analitiki Maykl Karolan, "Uralda heç bir müştəri yoxdur, ona görə də böyük həcmdə alıcıları cəlb etmək üçün qiymətləri aşağı salmaq lazımdır" deyib.
Reuters mənbələri deyirlər ki, Sakit okean nefti də daha pis satılır: cümə axşamına olan məlumata görə, dekabrda göndərilən iki partiya satılmamış neft qalıb. Onlara isə endirimləri 7-8 dollara qədər artırmaq lazım idi.
Qəzet yazır ki, qiymət tavanından asılı olmayaraq, Çinin qeyri-dövlət neftayırma zavodları Rusiya neftini alır, lakin həmin bazarı əldə saxlamaq üçün Rusiya neft şirkətləri İrandan 10 dollar endirimlə gətirilən qaçaqmal barellərlə rəqabət aparmalı olurlar.
Carolan deyir ki, Urals bazarındakı depressiyanın səbəbi avropalı alıcıların itirilməsidir. Bloomberg tankerlərin daşınması statistikasına əsaslanaraq hesablayıb ki, dekabrın 2-də bitən həftədə Avropa ölkələrinə dəniz neft ixracı sutkada 310 min barrelə düşüb.
Əvvəlki həftə ilə müqayisədə tədarüklər üçdə bir, noyabrın əvvəli ilə müqayisədə - demək olar ki, 60%, müharibədən əvvəlki həcmlərlə müqayisədə isə 5 dəfədən çox azalıb. Polşa, Almaniya, İsveç, Böyük Britaniya, Fransa, Finlandiya, Rumıniya və Litva Rusiya neftinin dəniz nəqlindən tamamilə imtina ediblər.
Səlahiyyətlilər ölkənin ən böyük zavodlarından biri olan və emal gücünün 20%-ni təşkil edən Lukoil-in neft emalı zavodunda xarici idarəetmə tətbiq etdikdən sonra İtaliya noyabrın əvvəli ilə müqayisədə alışları üç dəfə azaldıb.
Tərcümə: Nigar Oktayqızı
Həmçinin oxuyun
22:10 / 13 Oktyabr 2026
1
22:02 / 13 Oktyabr 2026
36
22:01 / 13 Oktyabr 2026
64
21:49 / 13 Oktyabr 2026
50
21:42 / 13 Oktyabr 2026
252
21:39 / 13 Oktyabr 2026
57
21:30 / 13 Oktyabr 2026
334
21:19 / 13 Oktyabr 2026
73
21:16 / 13 Oktyabr 2026
57
21:09 / 13 Oktyabr 2026
134
21:03 / 13 Oktyabr 2026
65
20:48 / 13 Oktyabr 2026
85
20:44 / 13 Oktyabr 2026
117
20:39 / 13 Oktyabr 2026
141
20:26 / 13 Oktyabr 2026
2667
20:19 / 13 Oktyabr 2026
75
20:17 / 13 Oktyabr 2026
79
20:14 / 13 Oktyabr 2026
157
20:12 / 13 Oktyabr 2026
86
20:06 / 13 Oktyabr 2026
85
19:46 / 13 Oktyabr 2026
176
19:43 / 13 Oktyabr 2026
1735
19:34 / 13 Oktyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.