Qaynar xətt:

(+99450) 247 90 86

Aİ Rusiya telekanallarına qarşı sanksiyalar tətbiq edəcək

Aİ Rusiya telekanallarına qarşı sanksiyalar tətbiq edəcək

DÜNYA

322

08.12.2022, 20:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avropa İttifaqı anti-Rusiya sanksiyalarının doqquzuncu paketi çərçivəsində Rusiyanın NTV, REN TV, Rusiya 1 və Kanal 1 telekanallarının blokunda yayım lisenziyasını dayandıra bilər.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə  Politico əldə edilən sənədlərə istinadən məlumat yayıb.


Aİ diplomatı Josep Borrell cümə axşamı qeyd edib ki, Rusiyaya qarşı yeni sanksiyalar paketinə bir çox rus mediasının nümayəndələri də  daxil ediləcək.

Məlumatda  həmçinin bildirilir ki, növbəti məhdudiyyətlər Rusiya hərbi-sənaye kompleksi üçün məhsul təmin edən 169 təşkilata şamil oluna bilər.

Kimyəvi və bioloji avadanlıqların, elektron komponentlərin, iğtişaşların qarşısının alınması üçün avadanlıqların, pilotsuz təyyarələrin mühərriklərinin yeni sanksiyalara məruz qalacağı dəqiqləşib.

Xatırladaq ki, AK rəhbəri çərşənbə günü Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı təkliflər təqdim edib. 

 

Tərcümə: Nigar Oktayqızı