Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə Silahlı Qüvvələrinin komandanlığından ULTİMATUM

Türkiyə Silahlı Qüvvələrinin komandanlığından ULTİMATUM

DÜNYA

468

08.12.2022, 17:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Silahlı Qüvvələrinin komandanlığı kürd silahlı birləşmələri olan "Xalq özünümüdafiə qüvvələri"nə ultimatum verib.

OXU24.COM  bildirir ki, bu barədə "Al Jazeera" Ankaradakı mənbələrinə istinadən məlumat yayıb. Türk komandanlığı Hələb əyalətinin şimalındakı 3 rayonu tərk etməyi tələb edib. Məlumata görə, kürd dəstələri Ayn-əl-Arab, Mənbic və Tell-Rifaat rayonlarından çıxmalıdır.

"Ankara öz ultimatumunu Suriyadakı rus və amerikan hərbçilərinə verib", - deyə mənbə vurğulayıb.  Türkiyə silhalı birləşmələrin oradan çıxmaları üçün onlara iki həftə vaxt verib. Ankara bəyan edib ki, ultimatumun müddəti uzadılmayacaq.

Ətraflı

"Xalq özünümüdafiə qüvvələri" ərəb və kürdlərdən təşkil olunmuş "Demokratik Suriya Qüvvələri"nin əsas özəyini təşkil edir. DSQ Rakka və Haseke əyalətlərinin, həmçinin Deyr-əz-Zorun şimal-şərq hissəsinə nəzarət edir.

ABŞ-dan dəstək alan bu kürd hərbi birləşmələrinin əlində Suriya ərazilərinin 27 faizi cəmləşib. Onlar əsas neft yataqlarına da nəzarət edirlər.