Qaynar xətt:

(+99450) 247 90 86

Gürcüstan Ukraynaya silah verməyəcək

Gürcüstan Ukraynaya silah verməyəcək

DÜNYA

275

06.12.2022, 19:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gürcüstan Ukraynaya yardım etməyəcək.

Oxu24.com xəbər verir ki,Gürcüstan parlamentində hakim “Gürcü arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze jurnalistlərə bildirib ki, Gürcüstan hakimiyyəti Ukraynaya hərbi yardım göstərə bilməz və etməyəcək.


“Gürcüstan Ukraynaya tam və mütləq siyasi dəstək verir. O, həmçinin öz imkanlarından artıq humanitar yardım göstərir və biz hərbi yardım göstərə bilmərik və etməyəcəyik”, - deyə Mdinaradze bildirib.

Deputat hərbi dəstəkdən imtina səbəbini  Gürcüstanın Abxaziya və Cənubi Osetiya timsalında öz problemlərinin olması ilə izah edib.

 

Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andriy Kasyanov bir müddət əvvəl bildirib ki, Kiyev hərbi  texnikanın ötürülməsi xahişi ilə Tbilisiyə dəfələrlə müraciət edib, lakin müraciətlərə məhəl qoyulmayıb.

 

Miri Məcidli