Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
14 Oktyabr 2026, 00:09
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
457
06.12.2022, 17:29
"İRNA agentliyi Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimi ilə bağlı məqaləsində dolayısıyla etiraf edib ki, Tehran Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi kimi eyniləşdirir. Bunu məqalədə belə bir cümlədən də anlamaq olar: "İranın Azərbaycanla sərhəddəki təlimləri bölgə ölkələrinin (Ermənistanın) ərazi bütövlüyünə dəstək əhəmiyyəti daşıyırdı". Məqalədə o da etiraf edilib ki, İran Azərbaycanın Ermənistana qarşı iddialarına qarşıdır və Zəngəzur dəhlizinin açılmasını təhlükə kimi qiymətləndirir".
Bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
O bildirib ki, molla-fars rejiminin rəsmiləri Azərbaycana qarşı təxribatçı açıqlamaları artıq məqalələr vasitəsilə çatdırmağa çalışırlar:
"İran bölgənin geosiyasi dəyişiliklərinə qarşıdır, bu yeni münaqişələrə səbəb ola bilər və Tehran buna seyrçi qalmayacaq" yazılan məqalədə yenə də Azərbaycanın İsraillə sıx əlaqələrinin guya bölgə üçün böyük təhlükə yaratdığı vurğulanıb. Tehranın prezident İlham Əliyevin İranda yaşayan azərbaycanlılar hüquqları barədəki çıxışlarından narahat olduğu İRNA agentliyinin məqaləsində də hiss olunur. Məqalənin sonunu nikbin notlarda bitirməyə çalışıblar, yazıblar ki, guya molla rejimi Azərbaycanla dost münasibətlərə çalışır.
Beləliklə, Tehran rəsmiləri və deputatları Azərbaycana qarşı davamlı təxribatçı açıqlamalardan sonra estafeti məqalələrə veriblər. Əvvəlcə ali dini liderin müşaviri Əli Əkbər Vilayəti Azərbaycanla bağlı məqalə yazdı, ikibaşlı cümlələrdən istifadə etdi, ardınca da İRNA bu mövzuya toxundu. Dəyişən heç nə yoxdur, eyni ritorikadır - Ermənistana dəstək, İsraili lənətləmək və Azərbaycanı hədələmək. Biz də bunun tərsini edirik - İrandakı dəyişikliklərə dəstək, İsraillə sıx əlaqələr və Tehrana adekvat cavablar vermək...
Qeyd edək ki, Azərbaycanla Türkiyənin "Qardaş yumruğu" adlı Astara, İmişli və Cəbrayılda eyni anda keçirilən birgə hərbi təlimi molla rejimini ciddi narahat etməyə başlayıb. İranın İRNA dövlət agentliyi Azərbaycan əleyhinə növbəti geniş məqaləsini yayımlayıb. Məqalədə yazılıb ki, İrandan əvvəl Azərbaycan Türkiyə və Pakistanla birgə Naxçıvanda hərbi təlimlər keçirib və bu Ermənistana qarşı olub.
00:30 / 14 Oktyabr 2026
489
00:28 / 14 Oktyabr 2026
370
00:11 / 14 Oktyabr 2026
326
00:09 / 14 Oktyabr 2026
110
23:55 / 13 Oktyabr 2026
244
23:55 / 13 Oktyabr 2026
99
23:55 / 13 Oktyabr 2026
114
23:54 / 13 Oktyabr 2026
115
23:43 / 13 Oktyabr 2026
100
23:41 / 13 Oktyabr 2026
142
23:33 / 13 Oktyabr 2026
96
23:24 / 13 Oktyabr 2026
526
23:15 / 13 Oktyabr 2026
174
23:02 / 13 Oktyabr 2026
281
22:57 / 13 Oktyabr 2026
122
22:49 / 13 Oktyabr 2026
250
22:47 / 13 Oktyabr 2026
142
22:43 / 13 Oktyabr 2026
113
22:25 / 13 Oktyabr 2026
798
22:19 / 13 Oktyabr 2026
514
22:18 / 13 Oktyabr 2026
104
22:10 / 13 Oktyabr 2026
399
22:02 / 13 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.