Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
14 Oktyabr 2026, 00:09
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
309
04.12.2022, 19:42
İrəvan növbəti dəfə feyk yaymaqla məşğuldur. Belə ki, erməni mediası və sosial şəbəkə istifadəçiləri aktiv şəkildə "Azərbaycan 10 noyabr bəyanatını kobud şəkildə pozur, soyuq havada Qarabağa yolu bağlayır, humanitar fəlakt yaratmağı hədəfləyirlər" kimi yalan tirajlayırlar.
OXU24.COM axar.az-a istinadən bildirir ki, bu sözləri "Milli müdafiə" jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.
O bildirib ki, əslində çox adi proses baş verib:
"3 dekabr saat 11:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və "Azergold" QSC-nin əməkdaşları sülhməramlı qüvvələrin Xankəndi və Şuşa arasında olan nəzarət-buraxılış məntəqəsinə yaxınlaşıb və regionun ekoloji problemləri ilə bağlı monitorinqə başlamaq istəyini bildirib.
Ətraflı
Danışıqlar zamanı nəzarət-buraxılış məntəqəsində təbii tıxac yaranıb. Laçın dəhlizinin bağlanılmasından isə söhbət gedə bilməz.
Sadə bir məsələ göz qabağındadır: Ermənistan yox yerdən yalan istehsal etməyə davam edir ki, regionda gərginlik yaratsın. Ermənistandan fərqli olaraq, Bakı və Moskva real strateji tərəfdaşdır, ona görə də Azərbaycan Kremlin diqqətini yayındırmamaq üçün Qarabağda indi gərginliyə getməyəcək.
Hazırda Qərb ağalarından İrəvana verilən əsas tapşırıq Qarabağda maksimum destabilizasiya yaratmaqdır ki, Moskvanın Ukrayna istiqamətində güc və diqqəti yayınsın. Buna görə də Ermənistanın bütün bəyanatlarına şübhə ilə yanaşılmalıdır".
00:30 / 14 Oktyabr 2026
826
00:28 / 14 Oktyabr 2026
1187
00:11 / 14 Oktyabr 2026
506
00:09 / 14 Oktyabr 2026
146
23:55 / 13 Oktyabr 2026
390
23:55 / 13 Oktyabr 2026
135
23:55 / 13 Oktyabr 2026
164
23:54 / 13 Oktyabr 2026
151
23:43 / 13 Oktyabr 2026
139
23:41 / 13 Oktyabr 2026
185
23:33 / 13 Oktyabr 2026
116
23:24 / 13 Oktyabr 2026
675
23:15 / 13 Oktyabr 2026
187
23:02 / 13 Oktyabr 2026
342
22:57 / 13 Oktyabr 2026
145
22:49 / 13 Oktyabr 2026
291
22:47 / 13 Oktyabr 2026
154
22:43 / 13 Oktyabr 2026
129
22:25 / 13 Oktyabr 2026
1002
22:19 / 13 Oktyabr 2026
641
22:18 / 13 Oktyabr 2026
109
22:10 / 13 Oktyabr 2026
449
22:02 / 13 Oktyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.