Qaynar xətt:

(+99450) 247 90 86

Həmkarı Alla Puqaçovanın Rusiyanı tərk etmə səbəbini açıqladı

Həmkarı Alla Puqaçovanın Rusiyanı tərk etmə səbəbini açıqladı

DÜNYA

332

04.12.2022, 10:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müğənni Tatyana Bulanova həmkarı Alla Puqaçovanın Rusiyadan ailə vəziyyətinə görə köçdüyünü bildirib.

O, bu haqda “Vokrug TV”yə danışıb.

“Alla Borisovnanın getməsinə təəssüflənirəm. Biz onu çoxdan tanıyırıq, normal münasibətimiz var. Mən onu başa düşürəm, ərinin yanına getdi”, - Bulanova deyib.

Qeyd edək ki, sentyabrın sonunda sənətçi uşaqları ilə birlikdə Rusiyadan İsrailə köçüb. Bundan bir həftə sonra sosial şəbəkələrdə Puqaçovanın İsrail pasportu aldığı iddia edilən fotolar yayılmışdı. Məşhurun konsert direktoru Yelena Çuprakova müğənninin iddia edilən sənədi alması ilə bağlı fikirləri şərh etməkdən imtina edib.