Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna Baş Qərargahı: İki bölgədə düşmənin hücumları dəf edilib

Ukrayna Baş Qərargahı: İki bölgədə düşmənin hücumları dəf edilib

DÜNYA

439

03.12.2022, 13:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ukrayna hərbçiləri Luqansk və Donetsk vilayətlərində düşmənin hücumlarını uğurla dəf edib.
Bu barədə Oxu24.com Ukrayna Baş Qərargahının gündəlik xülasəsinə istinadən xəbər verir. “Son sutka ərzində Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Luqansk vilayətinin Çervonopopovka və Donetsk vilayətinin Soledar, Poprosnoye, Nevelskoye, Krasnoqorovka və Maryinka yaşayış məntəqələri ərazilərində Rusiya hərbçilərinin hücumlarını dəf edib”, - məlumatda deyilir.
Müdafiə Qüvvələrinin aviasiyası son sutka ərzində şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi ərazilərə 17, düşmənin zenit-raket komplekslərinin mövqelərinə isə 3 zərbə endirib. Ötən sutka ərzində Rusiya qoşunlarına məxsus bir helikopter və 6 “Orlan-10” tipli PUA vurulub. Ukrayna mətbuatının məlumatına görə, dekabrın 3-nə keçən gecə Dnepropetrovsk vilayətinin Nikopol rayonu və Zaporojye vilayətinin yaşayış məntəqələri “Qradlar” və ağır artilleriyadan 9 dəfə hücuma məruz qalıb.