Qaynar xətt:

(+99450) 247 90 86

ŞOK HADİSƏ! Arvad ərindən onu zorlaması barədə polisə şikayət etdi

ŞOK HADİSƏ! Arvad ərindən onu zorlaması barədə polisə şikayət etdi

DÜNYA

1506

02.12.2022, 21:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyədə arvadını zorlayan kişi həbs edilib.

Oxu24.com İhlas Xəbər Agentliyinə istinadən xəbər  verir  ki, Kocaelidə boşanma mərhələsində həyat yoldaşına cinsi təcavüz etdiyi iddia edilən  şəxsin məhkəməsi başlayıb.

Məhkəmədə ittihamları rədd edən M.S.E, "Arvadıma onunla birlikdə olmaq istədiyimi dedim, amma istəmədi. Sonradan israr etdiyim zaman mənə heç bir   müqavimət göstərmədi", deyib.

İddiaya görə, M.S.E boşanma prosesində olan həyat yoldaşı E.E.-yə (52) cinsi təcavüz edib. E.E. O, hadisə barədə polis qruplarına məlumat verib və M.S.E-yə qarşı şikayət ərizəsi yazıb. Şikayət əsasında ifadəsi alınan şübhəli gətirildiyi məhkəmə tərəfindən tutularaq həbsxanaya göndərilib.

Kocaeli 3-cü Ağır Cəza Məhkəməsində “Həyat yoldaşına qarşı cinsi təcavüz və azadlıqdan məhrum etmə” cinayəti ilə mühakimə olunan müttəhimin məhkəməsi başlayıb. Şübhəli M.S.E. və partiyanın vəkilləri iştirak edib.

Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilib.

 

 

Tərcümə: Aynur Məcidova